Türkiyədə zəlzələ bölgəsindəki bu binalar salamat qaldı - FOTO

17:50 - 13 Fevral 2023

Türkiyədə zəlzələ bölgəsindəki bu binalar salamat qaldı - FOTO

Türkiyənin Kahramanmaraş bölgəsində meydana gələn güclü zəlzələ 10 şəhəri yerlə-yeksan etdi. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, fəlakət bölgəsində "TOKİ" inşaata aid 134 min bina isə zəlzələdən heç bir zərər görməyib. 

Kahramanmaraşın "12 Şubat" ərazisində yerləşən tikililərdə bir çat belə meydana gəlməyib.

"Bizim binalar da silkələndi amma çökmədi sağ-salamatdır. Binalarımızda bir dənə də olsa çat yoxdur" - deyə, həmin tikililərin sahibi bildirib. 

Xatırladaq ki, "TOKİ" inşaat 2002-ci ildən bu yana Türkiyədə 1 milyon 180 min bina tikib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az