Zəlzələ fəlakətinin baş verdiyi Hatayda dağıntılar altında xilas olunmağı gözləyən insanlar termal detektorla təsbit edilir.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraş mərkəzli iki böyük zəlzələdən zərər çəkən Hatayda texnoloji imkanlardan maksimum istifadə edilir.
Dağıntılar altında qalanların yaşayıb-yaşamadıqlarını termal detektorla təyin edən komandalar, zamanla yarışmış kimi istiliyin gəldiyi bölgəyə çatırlar.
Dağıntılar altında istilik təsbit edən xilasedicilərdən Erdem Keleş bidirib ki, istilik mənbəyinin 20 dərəcə olması həyat əlamətidir. 17 dərəcəyə qədər olan bütün temperaturları bədənin yuxu rejiminə keçdiyi hipotermiya kimi qiymətləndirilir. Çünki 6-cı gündən sonra dağıntı altənda qalanlar "mənim səsimi eşidən varmı?“ sualına cavab verə bilmirlər.
Ona görə də bu texnologiya ilə istiləri görəndə axtarış-xilasetmə qruplarına məlumat veririk və onlar lazımi işləri görürlər.
Keleş bildirib ki, körpələrdə inanılmaz bir metabolizm var. Körpələr 11-ci günə qədər yaşaya bilir. Biz 13-cü günə qədər qətiyyən inamımızı itirməməliyik.
Jalə
Manşet.az




