Adıyamanda baş verən zəlzələnin 8-ci günündə 60 yaşlı Mustafa Berkcan Umut Kent mənzilindən sağ-salamat çıxarılıb.
Manset.az xəbər verir ki, aralarında Mardin Böyükşəhər Bələdiyyəsinə bağlı qrupların da olduğu axtarış-xilasetmə qrupları Adıyaman Umut Kent Mənzilində dağıntılar altında qalan 60 yaşlı Mustafa Berkcanı sağ-salamat çıxarıb.
Sağ qalan zəlzələ qurbanı hazır vəziyyətdə saxlanılan təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə böyük dağıntı ilə baş verən zəlzələdən 8 gün keçir.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparan qrupların zamanla yatışmağına baxmayara, hələ də dağıntılar altından insanları sağ çıxartmaq ümidləri davam edir.
Jalə
Manşet.az