ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında həm Türkiyədə, həm də Suriyada böyük dağıntılara səbəb olan zəlzələlərdən danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Prays, yardımlar haqqında "Bu, siyasi deyil, humanitar məsələdir" – deyib.
O, həmçinin bildirib ki, Kahramanmaraşda baş verən zəlzələlər təkcə Türkiyə və Suriyanı deyil, dünyanı da əhatə edib. Zəlzələ görüntülərinin çox təsir edici olduğunu dilə gətirərək, insanlara kömək etmək üçün gecə-gündüz çalışdıqlarını qeyd edib.
Manşet.az