Türkiyədəki fəlakəti əvvəlcədən bilən "zəlzələ peyğəmbəri" görün nələri açıqladı - FOTO

10:40 - 14 Fevral 2023

Türkiyədəki fəlakəti əvvəlcədən bilən \"zəlzələ peyğəmbəri\" görün nələri açıqladı - FOTO

Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələdən 3 gün əvvəl sosial media hesabında paylaşım edən "zəlzələ peyğəmbəri" ləqəbli məşhur geoloq Frank Hoqerbets yeni açıqlama verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, təbii fəlakətləri əvvəlcədən təxmin edən hollandiyalı alim özünü nə peyğəmbər, nə də kahin saymadığını bildirib.

"Mən Türkiyə mediasının iddia etdiyi kimi nə peyğəmbər, nə də kahinəm. Bundan əlavə heç vaxt böyük zəlzələlər üçün dəqiq tarix deməmişəm. Sadəcə yer və planetlərin mövqeləri arasında əlaqələr üzərində çalışan bir tədqiqatçıyam və bunun üçün xüsusi proqram hazırlamışam", - deyə Hoqerbets vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər Türkiyədə böyük dağıntılara səbəb olub. Bu dəqiqəyə kimi Türkiyədə təbii fəlakət zamanı 32 minə yaxın insan həyatını itirib. Yaralıların sayı isə 80 mindən çoxdur.

Zəlzələ mütəxəssisi Frank Hoqerbets buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az