Ukraynalı əsgər ön cəbhədən - Baxmutdan türk xalqına səslənib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, baş verən zəlzələdən xəbərdar olduğunu və çox kədərləndiyini ifadə edib.
“Mən dəfələrlə Alanya və Marmarisdə olmuşam. Ölkənizi və insanlarınızı sevirəm. Onlar üçün həqiqətən çox kədərliyəm. Bu, çox qorxunc və dəhşətli hadisədir. Biz ukraynalılar və əsgərlər məsum insanların ölümünün nə qədər qorxunc olduğunu bilirik. Ona görə bunu demək istəyirəm: Güclü qalın! Tanrı sizi qorusun. Mümkün olduqca daha çox insan xilas edin. Güclü qalın! Ağlımızdasınız”.