Kim Çen In qızı ilə eyni adda olanlara təcili ƏMR VERDİ

12:44 - 14 Fevral 2023

Kim Çen In qızı ilə eyni adda olanlara təcili ƏMR VERDİ

Şimali Koreya lideri Kim Çen In 10 yaşlı qızı Ju-ae ilə eyni adı daşıyanlara çağırış edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səlahiyyətlilər Kim Çen In 10 yaşlı qızı Ju-ae ilə eyni adı daşıyanlara adlarını dəyişməyi tapşırıblar. Şimali Koreyanın Cənubi Pyonqan bölgəsinin yerli hakimiyyət orqanlarına da bir neçə həftə ərzində Ju-ae adlı qadınların adlarının dəyişdirilməsi əmri verilib.

Bildirilib ki, Ju-ae adlı şəxslərlə bağlı ölkədə araşdırma aparılır və onlardan adlarının dəyişdirilməsi tələb olunur.

Daha əvvəl də bu ölkədə lider və liderin həyat yoldaşı ilə eyni adları daşıyanların adlarının dəyişdirilməsi tələb olunmuşdu.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az