Kremlin sözçüsü Dmitri Peskov, NATO-nun Rusiya ilə Ukrayna arasındakı münaqişədə iştirakına münasibət bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NATO-nun Ukraynadakı qarşıdurmalara qarışdığını göstərməyə çalışdığını bildirən Peskov, “NATO bizə düşmən olan bir təşkilatdır və onlar Ukraynadakı münaqişələrdə iştiraklarını göstərmək üçün əllərindən gələni edərək hər gün düşmənçiliklərini bir daha təsdiqləyirlər” – deyib.
Manşet.az