NATO ölkələrinin müdafiə nazirləri Ukraynanın Rusiya ilə müharibədə silah və sursat kimi təcili ehtiyaclarının ödənilməsini müzakirə etmək üçün bir araya gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşən NATO-nun müdafiə nazirləri ABŞ-ın sədrliyi ilə bir çox tərəfdaş ölkələrlə Ukrayna Müdafiə Təmas Qrupu Toplantısında iştirak ediblər. Nazirlər axşam saatlarında və sabah NATO Müdafiə Nazirləri Toplantısında yenidən görüşəcəklər. Ukraynanın müdafiə naziri Oleksii Reznikov da nazirlərə qatılacaq.
Brüsseldə iki günlük görüşlərin əsas gündəliyi Ukraynaya dəstəkdir. Yaz ayları yaxınlaşdıqca Rusiyanın yeni böyük hücuma keçəcəyi gözləntilərinə qarşı, diqqət Ukrayna ordusuna, xüsusilə də sursatla dəstəyin artırılmasına yönəlib. Bundan əlavə, Ukraynanın tələb etdiyi döyüş təyyarələri iki gün ərzində müzakirə olunan mövzulardan biri olacaq.
Manşet.az