Zəlzələnin dağıntıları arasından çıxarılan şəxs dəfn edilərkən canlandı - FOTO

15:25 - 23 Fevral 2023

Zəlzələnin dağıntıları arasından çıxarılan şəxs dəfn edilərkən canlandı - FOTO

Zəlzələdən zərər çəkən Suriyada baş verən hadisə bütün dünyada gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Suriyada zəlzələdən sonra dağıntılar altında qalan şəxs çıxarıldıqdan sonra ailəsi onun öldüyünü zənn edərək, cəsəd çantasına qoyub. Daha sonra onu dəfn etməyə aparan ailə qəbiristanlığa çatanda şoka düşüb.

Cəsəd çantası birdən tərpənməyə başlayıb. Dərhal çantanı açan ailə oğullarının sağ olduğunu anlayaraq onu xəstəxanaya aparıblar.

Səlahiyyətlilər, ürəyi dayanmış insanlar həyata qayıda biləcəyini, lakin bunun milyonda bir olduğunu bildiriblər. Xəstəxanada müalicə alan şəxsin vəziyyətinin yaxşılaşdığı açıqlanıb.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv