Bakıda minifutbol üzrə dünya çempionatının açılışı mərasimi - FOTOLAR 

20:53 - 21 May 2025

Bakıda minifutbol üzrə dünya çempionatının açılışı mərasimi - FOTOLAR 

Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.


Manset.az Report-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca təqdim olunan maraqlı şou arenaya toplaşan tamaşaçıların zövqünü oxşayıb. Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye öz performansı ilə diqqət çəkib.

Daha sonra türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova öz nəğmələri ilə çıxış ediblər.

Qeyd edək ki, turnirdə artıq 5 oyun arxada qalıb. Fransa Çadı (1:0), Portuqaliya Bolqarıstanı (3:1), İngiltərə Ukraynanı (4:0), Slovakiya isə Hindistanı (15:0) məlub edib. Macarıstan - Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv