"Azərbaycan Prezidenti bu məsələyə layiq olduğu şəkildə yanaşdı" - Deputat

15:26 - 21 May 2025

\"Azərbaycan Prezidenti bu məsələyə layiq olduğu şəkildə yanaşdı\" - Deputat

"İranda Azərbaycan səfirliyinə hücum edən və səfirliyimizin əməkdaşını qətlə yetirən terrorçunun layiqli cəzasına çatdırılması yalnız və yalnız Azərbaycan Prezidentinin qətiyyəti, prinsipiallığı və öz vətəndaşlarının hüquqlarını sonadək qorumağa olan sadiqliyi sayəsində mümkün oldu".


Bu sözləri Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib. 

O bildirib ki, İran çox rəngarəng bir ölkədir və burada müxtəlif manipulyativ qruplar mövcuddur:

"Bu qruplar çalışırdılar ki, bu terroru törədən cinayətkar məsuliyyətdən kənarda qalsın və bənzər hadisələrin törədilməsi üçün bu cinayət hadisəsindən ilham alaraq fəaliyyət göstərsinlər. Lakin, Azərbaycan Prezidenti, necə ki, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, xalqımıza qarşı terror törədən və yurd-yuvalarımızı dağıdan erməni cinayətkarlarının böyük əksəriyyətini ədalət mühakiməsinin qarşısına gətirə bildi, eyni şəkildə də İranda xalqımıza və dövlətimizə qarşı cinayət törədən terrorçunun layiqli cəzasına çatdırılmasını təmin etdi".

Deputat qeyd edib ki, bu terror aktı yalnız bir diplomata qarşı törədilən cinayət deyil, həm də Azərbaycan dövlətinə qarşı edilən terror aktıdır:

"Buna görə də, Azərbaycan Prezidenti bu məsələyə layiq olduğu şəkildə yanaşaraq, bir daha göstərdi ki, heç kim və heç bir yerdə Azərbaycana və onun vətəndaşlarına qarşı cinayət əməlləri törədə bilməz. Çünki onlar harada olurlarsa olsunlar, qanun qarşısında cavab verəcəklər.

Mən düşünürəm ki, bu məhkəmə qərarının yerinə yetirilməsinin başqa bir tərəfi də İran Prezidentinin Azərbaycanın sonuncu səfərindən sonra mümkün olmasıdır. Bu, təsadüfi deyil, çünki beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzu və regional müstəvidə Azərbaycanın qüdrətinin artması, İran üçün də Azərbaycanı vazgeçilməz bir tərəfdaş halına gətirib".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv