Suriya prezidenti Bəşər Əsəd Moskvaya səfər edib.
Manset.az xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, Əsəd Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Kreml görüşün martın 15-də baş tutacağını bildirib.