BMT qrupları Kahovka bəndinin vurulmasından sonra dəyən ziyanı qiymətləndirmək üçün Xerson bölgəsinə gedib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, baş verən daşqın səbəbiylə kənd və şəhəri su basıb və insanların sağlamlıq problemləri yaranıb.
BMT-nin sözçüsü Stephane Dujarric bildirib ki, Kahovka bəndində minlərlə insanın içməli suya ehtiyacı var lakin su səviyyəsi çox sürətlə azalır.
BMT təşkilatları və qeyri-hökumət təşkilatlarından ibarət qrupların sahədə araşdırmalar apardığını ifadə edən Dujarrik, zərər çəkmiş insanlara təcili yardım çatdırmaq üçün fasiləsiz çalışdığını, humanitar təşkilatların isə Xerson bölgəsindəki insanların təxliyəsi və yerləşdirilməsinə kömək etdiyini bildirib.
Manşet.az