Volodimir Zelenski Xerson vilayətinə səfər edib

13:48 - 08 İyun 2023

Volodimir Zelenski Xerson vilayətinə səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinə səfər edib.

Manset.az xəbər verir ki, o, Kaxovka SES-in bəndinin partladılması nəticəsində dəyən ziyanın, dağıntıların fəsadlarının aradan qaldırılmasına dair müşavirə keçirib.

Məlumata görə, müxtəlif məsələlərlə yanaşı, su basacaq potensial zonadan əhalinin təxliyəsi, ərazidə yaşayışın təmininin təşkili, regionda ekosistemin perspektivdə bərpası və operativ hərbi şərait də müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az