Bu tarixdə NATO-nun ən böyük hava təlimi başlayır

14:07 - 08 İyun 2023

Bu tarixdə NATO-nun ən böyük hava təlimi başlayır

NATO tarixinin ən böyük hava qüvvələri 'Air Defender 23' təlimi, 250 təyyarə və 10 min personalın iştirakı ilə 12-23 iyun tarixlərində Avropa hava məkanında keçiriləcək.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, “Air Defender 23” təlimi NATO tarixində ən böyük hərbi hava qüvvələrinin həmrəyliyinin nümayiş etdirilməsidir.

ABŞ-ın Almaniyadakı səfiri Amy Qutman “Putinin Ukraynaya qarşı amansız müharibəsi qarşısında bu cür təlimlərin olması hər zamankından daha vacibdir” deyə sosyal medya hesabında paylaşıb.

Qeyd edək ki, təlimdə iştirak edən ölkələr arasında yeni qoşulan Finlandiya ilə yanaşı, Türkiyə də var.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az