Kaxovka SES-i partlatmaq üçün Rusiyanın güclü motivi oldu

14:42 - 08 İyun 2023

Kaxovka SES-i partlatmaq üçün Rusiyanın güclü motivi oldu

Kaxovka bəndinin partladılmasından əvvəl Rusiya təbliğatçıları Ukrayna ordusunun Dneprdə möhkəmlənəcəkləri barədə narahatlıqlarını bildirib, bunun, demək olar ki, qaçılmaz olduğunu deyiblər.

 

Manset.az xəbər verir ki, bu barədə Amerika Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb.

Müşahidəçilər vurğulayıblar ki, hazırda Rusiyanın bəndi qəsdən partlatmasına dair birbaşa sübut yoxdur. Ancaq onları buna sövq edə biləcək çox güclü bir motiv var.

Belə ki, Ukrayna hakimiyyəti hesab edir ki, Ukrayna qüvvələrinin Dnepr çayının sol sahilinə enməsinin qarşısını almaq üçün əks tərəf bəndi partladıb. Bu bəyanat Rusiya informasiya məkanında, xüsusən də “hərbi müxbirlər” və ya “hərbi bloqer” adlanan şəxslər arasında hökm sürən əhvali-ruhiyyə ilə tam uyğundur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az