Rusiya insanların çarəsiz qaldığı Xersonu atəşə tutdu - VİDEO

17:09 - 08 İyun 2023

Rusiya insanların çarəsiz qaldığı Xersonu atəşə tutdu - VİDEO

Rusiya qoşunları Kaxovskaya Su Elektrik Stansiyasının partlaması nəticəsində yaranan daşqınlar səbəbindən çətin vəziyyətə düşən Xersonu atəşə tutur.

 

Manset.az xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin “Telegram” kanalında paylaşım edib.

“Rusiyalılar Xersonu atəşə tutur. Sahilyanı ərazilər və şəhərin mərkəzi hissəsində”, - deyə o, paylaşımında qeyd edib.

Qeyd edək ki, Kaxovka Su Elektrik Stansiyasının partladılması nəticəsində Ukraynanın Xerson vilayətinin işğal altındakı Oleşki şəhəri tamamilə su altında qalıb.

Şəhərin su altında qalması nəticəsində üç nəfər həyatını itirib və ölənlərin sayının artacağı istisna edilmir.

Xilasedicilərin daşqın zonasından minlərlə insanı təxliyə etməyə çalışır, bir çoxları xilas olmaq üçün evlərinin damına çıxıblar.

Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılmasından sonra Xerson vilayətində su basan yaşayış məntəqələrinin sayı 100-ə çatıb. Vilayətin subasmaya məruz qalmış bəzi qəsəbə və kəndləri ilə əlaqə kəsilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az