ABŞ-də işsizlik maaşı müraciətləri 2021-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-də ilk dəfə işsizlik iddiası ilə müraciət edənlərin sayı iyunun 3-də 261,000-ə yüksəlib, bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək səviyyədir.
Keçən həftə etibarilə 4 həftəlik orta işsizlik müavinəti müraciətləri bir əvvəlki həftəyə görə 7 min 500 adam artaraq 237 min 250 nəfərə yüksəlib.
Analitiklər, işsizlik müavinəti üçün müraciətlərin artdığını və bunun əmək bazarının gücünü azaltdığını bildirib.
Manşet.az