Orta məktəbdə bomba həyəcanı

18:10 - 08 İyun 2023

Orta məktəbdə bomba həyəcanı

Fransanın Monpelye şəhərində orta məktəbdə bomba təhlükəsi yaranıb.

 

Manset.az Fransa mətbuatına istinadən xəbər verir ki, bomba təhlükəsinin elektron poçt vasitəsilə məktəb rəhbərliyinə göndərililib.

Herault rayon polisindən verilən açıqlamaya görə, şəhərdəki Jeu de Mail orta məktəbi bomba təhlükəsindən sonra boşaldılıb.

Bəyanatda təhlükəsizlik yoxlamalarının tez yekunlaşması üçün bölgədəkilərdən bölgəyə yaxınlaşmamağa çağırılıb.

Fransa mətbuatı bomba təhlükəsinin elektron poçt vasitəsilə məktəb rəhbərliyinə göndərildiyini yazıb.

Məktəbin müəllim və şagirdləri təhlükəsizlik məqsədilə yaxınlıqdakı idman zalına aparılıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az