3000 terrorçunun mühakiməsi BAŞLADI

19:35 - 08 İyun 2023

3000 terrorçunun mühakiməsi BAŞLADI

İraq Suriyadan "3000 terrorçunun geri qaytarıldığını və onların əksəriyyətinin mühakimə olunduğunu" bildirir.

 

Bu barədə Manset.az Anadolu Agentliyi-nə istinadən xəbər verir. 

İraqın xarici işlər naziri Fuad Hüseyn Suriyadan “3000 terrorçunun geri gətirildiyini və onların əksəriyyətinin mühakimə olunduğunu” açıqlayıb. 

"İraq terrorizmin hər cür formasına və ortaya çıxmasına qarşı mübarizə aparmaq, terrordan azad edilmiş bölgələrdə sabitliyi artırmaq, köçkünləri geri qaytarmaq və DEAŞ terrorunun qalıqlarını təqib etmək əzmindədir", - Hüseyn bildirib. 

Suriyadan İraqa gələn DEAŞ terror ünsürləri ilə mübarizəyə diqqət çəkən Hüseyn, "İraq hökuməti Suriyada əsir götürdüyü 3 minə yaxın iraqlı terrorçunu geri gətirdi və onların çoxu mühakimə olundu" deyib.

İraq təhlükəsizlik qüvvələrinin DEAŞ terroruna qarşı qabaqlayıcı kəşfiyyat əməliyyatları apardığını qeyd edən Hüseyn, bu ilin ilk yarısında hücumların əhəmiyyətli dərəcədə azaldığını vurğulayıb. 

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az