Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibli ilk iclası başa çatıb.
Manset.az xəbər verir ki, iclas 3 saat davam edib.
İclasdan sonra yayılan bəyanatda deyilir ki, Ermənistanla Azərbaycan arasında münaqişənin ədalətli həlli Qafqazda davamlı sülhün bərqərar olmasının əsasını təşkil etməklə yanaşı, qlobal sabitliyə mühüm töhfə verəcək.
Açıqlamada Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə edilib.