Türkiyənin Ankara şəhərinin Elmadağ rayonunda MKE (Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi) raket və partlayıcı maddələr zavodunda partlayış baş verib.
Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.
Bildirilir ki, faciə nəticəsində 5 işçi şəhid olub.
Partlayışdan sonra yanğın baş verib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının qarşısını ala biliblər.