Fransada 11 yaşlı qız 71 yaşlı qonşusu tərəfindən güllələnərək öldürülüb.
Manset.az-ın xarici mətbuata istinadən məlumatına görə, baş vermiş hadisədə qızın atası da ağır yaralanıb.
Şübhəli şəxs özünü evinə bağlayıb daha sonra həyat yoldaşı ilə birlikdə polisə təslim olub.
Hadisəni törədən şəxsin qonşusu ilə torpaq sahəsinə görə fikir ayrılığı olduğu bildirilib.
Manşet.az