“Paşinyan Türkiyədə sərhədlə bağlı danışıqlar aparıb”

11:41 - 13 İyun 2023

“Paşinyan Türkiyədə sərhədlə bağlı danışıqlar aparıb”

“Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun əvvəli Ankaraya səfəri zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə Türkiyə tərəfinin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Past” qəzeti yayıb.

Məlumata görə, görüş zamanı müzakirələrin əsas mövzusu Ermənistan-Türkiyə sərhədinin, xüsusilə də iyul ayının ikinci yarısında “Marqara” nəzarət-buraxılış məntəqəsinin açılması imkanları olub.

“Eyni zamanda Paşinyan Türkiyədə ictimaiyyətə açıqlanmayan bir neçə görüş keçirib”, - deyə qəzet yazıb.

Xatırladaq ki, N.Paşinyan iyunun 3-ü Türkiyədə yenidən Prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankarada səfərdə olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az