Rusiya Ordusu Xəzər dənizindən raket hücumuna keçdi - VİDEO

17:55 - 13 İyun 2023

Rusiya Ordusu Xəzər dənizindən raket hücumuna keçdi - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Rusiya Ordusu Xəzər dənizindən raket hücumuna keçib:

"Hücum nəticəsində Xerson, Nikolayev, Krivoy Roq şəhəri ciddi dağıntılara məruz qalıb. Krivoy Roq şəhərində beşmərtəbəli yaşayış binası tamamilə məhv edilib. Ölən və yaralananların olduğu bildirilir".

M.Aslanovun sözlərinə görə, Ukraynanın əks-hücum əməliyyatları əsasən Zaporojye vilayətində daha uğurlu həyata keçirilir.

"Son iki gündə Ukrayna Ordusu tərəfindən beşdən çox yaşayış məntəqəsi azad edilib. Əməliyyat zamanı xeyli rus əsgəri əsir götürülüb", - deyə jurnalist əlavə edib.

Ətraflı videonu təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az