YouTube pul qazanmaq üçün şərtləri asanlaşdırıb.
Manset.az-ın xarici mətbuata istinadən xəbərinə görə, istifadəçilər yeni tələblərə cavab verərsə, onlar YouTube Partnyor proqramı üçün müraciət edə və abunə məhsullarını YouTube ilə tanıtmaq imkanı əldə edə biləcəklər.
YouTube partnyor proqramı üçün istifadəçilərin yerinə yetirməli olduğu yeni şərtlər 500 abunəçinin olması və son 90 gündə 3 ictimai videonun yüklənməsidir.
YouTube hazırda bu təkmilləşdirmələri ABŞ, Böyük Britaniya, Kanada, Tayvan və Cənubi Koreyada həyata keçirir.
Manşet.az