Ermənistanda qadınlar da orduya cəlb edilir

22:07 - 15 İyun 2023

Ermənistanda qadınlar da orduya cəlb edilir

Ermənistanda qadınlar da orduya cəlb edilir. 

 

Manset.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu gün ölkə parlamenti bununla bağlı layihəni birinci oxunuşda qəbul edib. 

Bildirilib ki, 18-27 yaşlı qadınlar hərbi hissələrdə kurs keçəcəklər. Təşkil olunan kursların ilkin müddəti 6 ay olacaq. Altı aydan sonra isə onların beş illik xidmətə keçmək mümkün olacaq. 

Altı aylıq xidmətdən sonra qadınlar 1 milyon dram (təxminən 2,5 min dollar) mükafat alacaqlar. Xidmətini 5 il davam etdirmək istəyənlər isə 5 milyon dram (12 min dollar) ödəniş alacaqlar. ///Qafqazinfo

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az