Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp yeni funksiyanı təqdim etməyə hazırlaşır.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, whatsApp istifadəçilərə telefon nömrələri olmadan öz hesablarına daxil olmağa imkan verən funksiyanı təqdim edib.
Planlaşdırılan tətbiqlə artıq WhatsApp istifadəçiləri bir telefonda bir neçə hesabdan istifadə edə biləcəklər.
İstifadəçilərin istənilən vaxt hesablar arasında keçid etmə imkanlarının olduğu bildirilib.
Manşet.az