ABŞ-ın Oman körfəzi bölgəsindəki rəsmisi İranın sabitliyi pozduğunu bildirib.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Təbriz Turan TV” Teleqram kanalı məlumat yayıb.
İran Oman körfəzində təlim gəmisinə qarşı PUA sınaqdan keçirib.
Eyni zamanda, bölgədəki gəmilərə xəbərdarlıq etmədən başqa bir raket və ya pilotsuz uçuş aparatı atıb.
ABŞ rəsmisi, hadisə zamanı ətrafda ticarət gəmilərinin olduğu və onların təhlükə ilə üz-üzə qaldığını qeyd edib.