“Microsoft” şirkətinin sahibi və dünyanın ən zəngin iş adamlarından biri olan Bill Qeyts Çin prezidenti Si Cinpinqlə görüşüb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, prezident Cinpinqin Bill Qeytsin həmsədri olduğu Bill və Melinda Qeyts Fondu ilə əməkdaşlığı gücləndirmək istədiyi və bu yolda inkişaf etməkdə olan ölkələrə dəstək verməyə hazır olduğu bildirilib.
Prezident Cinping Bill Gates-ə bildirib ki, o, bu il Pekində görüşdüyü ilk amerikalıdır.
Manşet.az