Aİ-yə qeyri-qanuni gedən miqrantaların sayı artır – 5 ayda 102 min adam

18:40 - 16 İyun 2023

Aİ-yə qeyri-qanuni gedən miqrantaların sayı artır – 5 ayda 102 min adam

“Aİ ölkələrinə qeyri-qanuni girişlər ilin ilk 5 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə on iki artaraq 102 minə çatıb.

 

Manset.az Anadolu-ya istinadən xəbər verir ki, bu məlumatı Avropa İttifaqının (Aİ) sərhəd mühafizə agentliyi olan Frontex yayıb.
Frontex-in bəyanatına görə, bu il indiyədək Aİ-yə qeyri-qanuni keçidlərin təxminən yarısını Mərkəzi Aralıq dənizi marşrutu təşkil edib.

Belə ki, bu ilin ilk 5 ayında girişlər üçün ən çox istifadə edilən marşrut Mərkəzi Aralıq dənizi olub. 50 min 318 nəfər Aİ ölkələrinə daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 158 faiz artım olaraq qeydə alınıb. Mərkəzi Aralıq dənizi marşrutundan ən çox qeyri-qanuni keçənlər Kot-d'İvuar, Qvineya və Misir vətəndaşları olub.

İkinci marşrut olan Qərbi Balkanlardan daxil olanların sayı isə yüzdə 25 azalaraq 30 min 717-yə düşüb. Bu marşrutdan daha çox suriyalılar və əfqanlar istifadə edib.

Üçüncü sırada olan Şərqi Aralıq dənizindən gələnlərin sayı isə yüzdə 35 azalaraq 10 min 285 olub. Şərqi Aralıq dənizi marşrutundan ən çox istifadə edənlər suriyalılar, fələstinlilər və əfqanlar olub.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az