Hər zaman bir-birindən qəribə əl işlərinə imza atan "MSCF" şirkəti bu dəfə də hamını təəccübləndirməyi bacarıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, onlar "Louis Vuitton" brendinin "OntheGo" adlı çantasının həddən artıq kiçik modelini hazırlayıblar.
Mini çanta iyunun 19-dan etibarən "Just Phriends" adlı muzeydə hərraca çıxarılacaq.
Dəniz duzundan belə daha kiçik olan çantaya mikroskopla baxmaq mümkündür. Onun iynə ucu böyüklüyündə olduğu bildirilir.