"Twitter"in rəhbəri İlon Mask "ağıllı" televizorlar üçün "Twitter" tətbiqinin tezliklə buraxılacağını açıqlayıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Mask bu barədə istifadəçilərdən birinin mesajını cavablayarkən bildirib.
İstifadəçi qeyd edib ki, o, "Twitter"i Smart TV-lərdə də görmək istəyir.
Mask ona cavab olaraq "Yoldadır", - yazıb.
Eyni zamanda, milyarder Smart TV üçün "Twitter"in buraxılış vaxtı barədə məlumat verməyib.
Tətbiqin necə görünəcəyi və hansı funksiyanı yerinə yetirəcəyi də hələlik məlum deyil.