Bu dəfə də siçovullar anbarı zəbt etdi

16:49 - 19 İyun 2023

Bu dəfə də siçovullar anbarı zəbt etdi

Siçovullar Amazonun Fransadakı anbarını zəbt edib.

Manset.az-ın xarici mətbuata istinadən məlumatına görə, Fransanın Orlean şəhəri yaxınlığındakı Amazon anbarının uzun müddətdir ki, “siçovulların işğalına məruz qaldığını” göstərən görüntülər yayımlanıb.

Görüntülərdə anbarda bəzi qida materiallarının olduğu qutularda ölü siçan balaları gözə çarpır bəzi hissələrdə isə çirklənmə diqqəti çəkib.

Xəbərdarlıqlara baxmayaraq, aylardır həllini tapmayan bu problem həm işçilərin, həm də müştərilərin sağlamlığını təhlükəyə atır.

Sözügedən anbarda çalışan şirkətin əməkdaşı xəstəliyə yoluxmaqdan qorxduqlarını və səlahiyyətlilərin vəziyyətlə o qədər də maraqlanmadığını bildirib.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az