ABŞ dövlət katibi Blinken: Birbaşa diplomatiya ABŞ maraqları üçün ən yaxşı yoldur

21:00 - 19 İyun 2023

ABŞ dövlət katibi Blinken: Birbaşa diplomatiya ABŞ maraqları üçün ən yaxşı yoldur

Çində iki günlük rəsmi səfərini başa vuran ABŞ dövlət katibi Antoni Blinken mühüm açıqlamalar verib. O, açıqlamasında birbaşa diplomatiyanın ABŞ maraqları üçün ən yaxşı yol olduğunu bəyan edib.

 

Manset.az xəbər verir ki, Çin Xalq Respublikasının rəhbərliyi ilə səmimi və konstruktiv görüşün başa çatdığını deyən Blinken ABŞ və Çin arasında əlaqələrin son dərəcə mühüm nəticələri olduğunu da vurğulayıb. O, birbaşa diplomatiyanın ABŞ-ın maraqlarını və dəyərlərini inkişaf etdirmək və rəqabəti məsuliyyətlə idarə etmək üçün ən yaxşı yol olduğunu diqqətə çatdırıb.

ABŞ naziri dünən çinli həmkarı Çin Qanqla, bu gün isə Çinin ən yüksək vəzifəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi və prezident Si Cinpinlə də görüşüb.

Bu səfər fevral ayında Çinin yüksək hündürlükdə uçan balonunun ABŞ hava məkanına daxil olması nəticəsində yaranan böhrandan sonra kəsilən diplomatik əlaqəni bərpa etmək üçün son aylarda atılan son addım kimi qiymətlədirilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az