Süni intellektin yeni texnologiyaları həyatı belə dəyişəcək.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın “Daily Mail” qəzeti ekspertlər və tədqiqatçılarla süni intellektin gələcəyindən danışaraq, 10 mümkün yeni texnoloji inkişafa diqqət çəkib.
Rəqəmsal həblər: İnsanlar xəstəlikləri qabaqcadan təyin etmək üçün rəqəmsal həbləri udacaqlar və sensorlarla təchiz olunmuş həblər həkimlərə insan bədənini indiyə qədər görmədiklərindən daha yaxşı görməyə imkan verəcək.
Rəqəmsal köməkçilər: Hamımızın süni intellektli köməkçimiz olacaq və bu köməkçilər gündəlik işlərimizə riayət etməkdə mühüm rol oynayacaqlar.
Kontakt linzaları: Bu linzalar insanlara rəqəmsal dünyanı araşdırmaq imkanı verəcək. Linzaların bu gün istifadə etdiyimiz telefonlarla eyni məlumatları göstərməsi gözlənilir.
Araşdırmaçılar insanabənzər robotların da hər yerdə olacağını, onların bütün peşələrdə çalışacağını bildirib.
Manşet.az