Meta şirkəti İlon Maska məxsus "Twitter"ə rəqib proqram hazırlayır. Tətbiqin bir ay ərzində təqdim ediləcəyi gözlənilir.
Manset.az "TrtHaber"-ə istinadən xəbər verir ki, Mark Zukerberq İlon Maska müharibə elan edib. Texnologiya nəhəngi Meta-nın baş direktoru "Twitter"i vurmağa hazırlaşır.
Mark Zukerberq bildirib ki, "Meta Threads" adlı tətbiqi ilə "Twitter"ə rəqib olacaq.
Tətbiqi sınaqdan keçirmək üçün artıq məşhurlar və sosial media isdifadəçilər ilə danışıqlar aparılıb.
Tətbiqin 1 ay ərzində təqdim ediləcəyi gözlənilir. Yeni tətbiqdə paylaşımların 500 simvolla məhdudlaşdırılması planlaşdırılır.
Məqsəd "Twitter"dən "Threads"ə gələn istifadəçilərin tətbiqə daha asan uyğunlaşması hədəflənir. Bildirək ki, İlon Maskın alınmasından sonra "Twitter" çox sayda reklamçılarını itirib.
İnsanlar Zukerberqin bu addımı ilə Maskın böhranından yararlanmağa çalışdığı düşünülür.
Jalə
Manşet.az