Rusiyanın Moskva vilayətində 3 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, PUA-lar radioelektron mübarizə vasitələrinin köməkliyi ilə vurulub.
Hadisə nəticəsində hər hansı obyektə ziyan dəyməyib. İlkin məlumata görə, xəsarət alanlar da olmayıb. Dronların qalıqları ekspertizaya göndəriləcək. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məsələ ilə bağlı araşdırma aparır.