Batmanda oğrular yolu keçərkən həyətdə gördükləri motosikleti oğurlamaq üçün geri dönüblər.
Manset.az Haber Qlobal-a istinadən xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerasına düşüb.
Səhər yuxudan duranda evinin qarşısında dayanan motosikleti görə bilməyən K.K. təhlükəsizlik kameralarına baxanda motosikletinin naməlum şəxslər tərəfindən oğurlandığını görüb.
K.K. vəziyyəti polisə bildirərək şikayət edib.
Zərərçəkmiş motosikletinin tapılmasını istəyir.
Manşet.az