Həbsxanada iğtişaş: 41 nəfər öldü

19:49 - 21 İyun 2023

Həbsxanada iğtişaş: 41 nəfər öldü

Ötən gün Hondurasın paytaxtı Tequsiqalpa yaxınlığında yerləşən qadın həbsxanasında iki dəstə arasında toqquşma olub.

 

Manset.az xəbər verir ki, iğtişaş nəticəsində həbsxanada yanğın baş verib. Səlahiyyətlilər hadisədə həyatını itirənlərin atəş, odlu silahla açılan atəş və ya bıçaqlanma nəticəsində 41 nəfərin öldüyünü bildirib.

Honduras prezidenti Xiomara Kastro, dünən Milli Sosial Birlik Qadın Həbsxanasında (PNFAS) baş verən iğtişaşlara görə dəstələrin məsuliyyət daşıdığını bildirin. O, sərt tədbirlərin atılacağını vurğulayıb. 

Honduras təhlükəsizlik nazirinin müavini Julissa Villanueva isə hadisələrə müdaxilə etdiklərini və kəskin tədbirlər gördüklərini bildirib. 

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az