İnstaqram sosial şəbəkəsi rəqibi "TikTok"u xatırladan yeniliyi istifadəçilərinə təqdim edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bundan sonra sosial şəbəkədə hər kəsə açıq videoların telefonun yaddaşına yüklənməsi funksiyası aktivləşəcək.
Məlumata görə, bu barədə instaqramın baş direktoru Adam Mosserinin açıqlama verib. O bildirib ki, yalnız ictimai hesablardakı “reels”lər endirilə bilər. İctimai şəxslər videonun yüklənə bilmə funksiyasını özləri bağlaya bilərlər.
Sözügedən funksiya hazırda yalnız ABŞ-də mobil cihazlarda və yalnız qeyri-şəxsi hesablarda mövcuddur. Xüsusiyyətdən istifadə etmək üçün müəyyən bir çarxın “Paylaş” ikonasına toxunub “Yüklə” funksiyasını seçə bilərsiniz.