Dərinin sağlamlığını qorumaq üçün istifadə edilən qulluq məhsulları bəzən kifayət qədər təsir göstərmir.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər sızanaq və qara nöqtələrə təsir göstərən üsulları açıqlayıb.
Dərinizi qazlı su ilə yuyun:
Dərinizdə sızanaq və qara ləkələrin görünməsinin səbəblərindən biri də dərinizin kifayət qədər hava almaması ola bilər. Sızanaq və qara nöqtələrə qarşı dəri məsamələrini açmaq üçün üzünüzü qazlı su ilə təmizləyə bilərsiniz. Dərinizi təmizləmək üçün qazlı sudan istifadə edəcəksinizsə, dəri tipinizin çox həssas olmadığından əmin olmalısınız. 1 stəkan suya 1 xörək qaşığı soda əlavə edin və həll olunana qədər qarışdırın. Sonra üzünüzü bu qarışıqla yuyun, ancaq dərhal qurutmayın. Qazlı suyu dərinizdə 10 dəqiqə saxladıqdan sonra üzünüzü du ilə yuyun və qurudun.
Yaşıl çayla sızanaqlardan xilas olun:
Yüksək antioksidant dəyərləri sayəsində yaşıl çay dərini təmizləyir. Sızanaq və qara nöqtə kimi zərərli əmələgəlmələrin dəridən çıxarılmasını təmin edir və dərinizdə yağ balansını bərpa edir. Yaşıl çayı içib pambıq çubuqunun köməyi ilə serum kimi dərinizə yedirtməklə bu faydaları görə bilərsiniz. Hər gün yaşıl çay içib dərinizə çəkə bilərsiniz. Yaşıl çay ilə sızanaqların aradan qaldırılması üsulu bütün dəri tipləri üçün uyğundur.
Üzünüzü balla təmizləyin:
Türk qəhvəsi ilə birlikdə istifadə edildikdə dərini təmizləyən bal öz-özünə dərinin bərpasını və təmizlənməsini təmin edir. Dəridəki hüceyrələrin yenilənməsini dəstəkləmək və sızanaqları aradan qaldırmaq üçün gündə 1 çay qaşığı bal yeyə bilərsiniz.
Həkimlər onu da qeyd edib ki, gündə 1 yaşıl alma yemək dərinizin daha cavan görünməsinə səbəb olacaq.
Manşet.az