"Twitter" bu səbəbə görə cərimələndi

20:06 - 22 İyun 2023

\"Twitter\" bu səbəbə görə cərimələndi

Avstraliyada "Twitter"də sosial şəbəkəsi cərimələnib.

 

Manset.az xəbər verir ki, buna səbəb adı çəkilən sosial media şəbəkəsinin “nifrət nitqi”nə yer verməsi olub. Bildirilib ki,  28 gün ərzində ona müdaxilə olunmazsa yüksək məbləğdə cəza tətbiq olunacaq.

ABC News-un məlumatına görə, E-Təhlükəsizlik Ofisinin rəhbəri Julie İnman Grant platformada nifrət nitqi ilə bağlı "Twitter"ə bildiriş göndərildiyini bildirib. Qrant bildirib ki, "Twitter" 28 gün ərzində nifrət nitqinə qarşı tədbir görməsə, gecikdirilən hər gün üçün 700 min Avstraliya dolları məbləğində cərimələnəcək.

Qrant platformanın tədbir görməli və istifadəçilərini qoruması lazım olduğuna diqqət çəkdi. Qrant İlon Maskın platformanı 2022-ci ildə satın almasından sonra nifrət nitqi ilə bağlı daha çox şikayət aldıqlarını qeyd edib.

Yanvar ayında Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən yazılı açıqlamada "Twitter"in Elon Mask tərəfindən satın alınmasından sonra "irqçi terminologiyanın istifadəsi"nin artması pisləyib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az