Ukrayna hərbçiləri iyunun 23-də Donetsk vilayətində Rusiyaya məxsus Ka-52 "Alliqator" helikopterini vurublar.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat verib.
"Bu səhər Donetsk vilayətində vurulan daha bir "Alliqator"a görə zenit qırıcılarımıza təşəkkür edirik!" - deyə Oleşuk teleqram kanalında bildirib.