Ukraynada bu tarixdə "Bayraktar"ın istehsalına başlanacaq

15:55 - 23 İyun 2023

Ukraynada bu tarixdə \"Bayraktar\"ın istehsalına başlanacaq

Türkiyənin "Baykar" şirkəti Ukraynada "Bayraktar TB2" və "Bayraktar Akıncı" döyüş PUA-larının istehsalına 2025-ci ildə başlayacağını gözləyir.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar açıqlamasında bildirib.

"Baykar"ın (Ukraynadakı) yerli törəmə müəssisəsində - "Avia Ventures" MMC-də - tikinti işləri plana uyğun olaraq davam edir. Açılış 2025-ci ilə planlaşdırılıb", - deyə o bildirib.

Şirkət rəhbəri qeyd edib ki, zavodda artıq hazırlıq işlərinin əsas hissəsi aparılır.

İyulda zavodun elektrikləşdirilməsi gözlənilir.

Xatırladaq ki, "Bayraktar" PUA-larının Ukraynada istehsalı üçün zavodun inşası 2022-ci ilin avqustunda başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az