Türkiyənin "Baykar" şirkəti Ukraynada "Bayraktar TB2" və "Bayraktar Akıncı" döyüş PUA-larının istehsalına 2025-ci ildə başlayacağını gözləyir.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar açıqlamasında bildirib.
"Baykar"ın (Ukraynadakı) yerli törəmə müəssisəsində - "Avia Ventures" MMC-də - tikinti işləri plana uyğun olaraq davam edir. Açılış 2025-ci ilə planlaşdırılıb", - deyə o bildirib.
Şirkət rəhbəri qeyd edib ki, zavodda artıq hazırlıq işlərinin əsas hissəsi aparılır.
İyulda zavodun elektrikləşdirilməsi gözlənilir.
Xatırladaq ki, "Bayraktar" PUA-larının Ukraynada istehsalı üçün zavodun inşası 2022-ci ilin avqustunda başlayıb.