Cənubi Koreyada iki yeni doğulmuş körpəsini öldürməkdə və cəsədlərini illərlə dondurucuda saxlamaqda ittiham olunan qadın həbs olunub.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlarında olan qadın 12, 10 və 8 yaşlı üç uşağına baxarkən maddi çətinliklərlə üzləşdiyi üçün körpələri öldürdüyünü etiraf edib.
İlk qurban qadının 2018-ci ilin noyabrında xəstəxanada doğulan dördüncü övladı olub.
Manşet.az