Taylandın paytaxtı Banqkokdakı Rajavinit Mathayom liseyində yanğınsöndürmə təlimi zamanı fəlakət baş verib.
Manset.az xəbər verir ki, yanğın borusu partlaması nəticəsində 1 şagird ölüb, 21 nəfər isə yaralanıb.
Səlahiyyətlilər borunun günəşə və ya istiyə məruz qalması nəticəsində zədələndiyini, partlayışın isə zədələnmiş borudan qaynaqlandığını açıqlayıb.
Bölgə polisi yanğın təlimində istifadə edilən digər söndürmə vasitələrinin də ekspertiza üçün götürüldüyünü açıqlayıb.
Təhsil Nazirliyinin müşaviri Atthafon Sangkhavase hadisəni araşdırmaq üçün nazirlik rəsmilərinin liseyə göndərildiyini açıqlayıb.
Jalə
Manşet.az