Türkiyədə iki uşağı avtomobil vurub.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, 11 yaşlı E.O. ilə 13 yaşlı E.O yolu keçərkən hürən itdən qorxaraq qaçmağa başlayıb.
F.T.-nin istifadə etdiyi 52 AAP 584 nömrəli avtomobil isə qəfildən uşaqları vurub.
Zərbənin təsirindən xəsarət alan uşaqlar ətrafdakıların xəbəri üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.
Sürücü polis bölməsində verdiyi ifadədən sonra sərbəst buraxılıb.
Manşet.az